Bələdiyyə üzvlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Strasburqdadır

Bələdiyyə üzvlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Strasburqdadır

Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibinın rəsmi dəvəti əsasında Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun növbəti Sessiyasında iştirak edirlər.

Sessiya 26-31 oktybar 2025-cü il tarixlərində Strasburq şəhərində keçirilir. Sessiya zamanı bir sıra Avropa Şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü  Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov daxildir.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər