Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında görüş keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 23 dekabr 2025-ci il tarixdə keçirilən görüşdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin, Azərbaycan Qiymətləndiricilər Palatasının, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri və Sumqayıt, Gəncə şəhərinin Nizami, Mingəçevir, Şabran, Sabirabad, Abşeron rayonunun Məmmədli, Quba rayonunun Qırmızı Qəsəbə, Saatlı rayonunun Saatlı və Qara Nuru bələdiyyələrinin sədrləri iştirak ediblər.
Görüşdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsi zamanı bazar dəyərinin müəyyənləşdirilməsi prosesində rast gəlinən hüquqi, metodoloji və praktiki problemlər geniş müzakirə olunub. Eyni zamanda mövcud olan normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qiymətləndirmə mexanizmlərində şəffaflığın artırılması və bələdiyyələrin bu sahədə imkanlarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Görüşün yekununda qaldırılan məsələlər üzrə təkliflərin aidiyyəti qurumlara təqdim edilməsi barədə razılıq əldə edilib.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları