“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” çərçivəsində növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikasında keçirilmişdir

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” Naxçıvan Muxtar Respublikasında, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmaqla bağlı bələdiyyələr üçün mövcud imkanlar haqqında maarifləndirici tədbir təşkil edilmişdir.

13 fevral 2026-cı il tarixdə Naxçıvan şəhərində təşkil edilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təmsilçiləri, Naxçıvanın Muxtar Respublikasında fəaliyyət göstərən 14 bələdiyyənin nümayəndələri və artıq təşəbbüsə qoşulmuş Mingəçevir və Şəki bələdiyyələrinin sədrləri,  həmçinin beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Görüşdə təşəbbüs haqqında ətraflı məlumat verilmiş və bələdiyyələr üçün konkret dəstək mexanizmləri təqdim edilmişdir.

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.

Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov tədbirdə çıxış edərək enerji səmərəliliyinin Azərbaycanın davamlı inkişaf gündəliyinin əsas istiqamətlərindən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırmışdır.

Tədbirin sonunda təşəbbüsə qoşulma ilə bağlı bələdiyyə nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirilib.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər